Ağdaşda yol qəzası baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 14.00 radələrində Ağdaş-Qəbələ yolunda qeydə alınıb.

Ağdaş rayon Dəhnə kənd sakini, 26 yaşlı Həbişov Valeh Ruzigar oğlunun idarə etdiyi "VAZ-2107 markalı, 32 BC 199 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq ağaca və daha sonra hasara çırpılıb. 

Nəticədə sürücü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.