Bu gün axşam saatlarında Bakıda yanğın hadisəsi qeydə alınıb.

Hadisə şahidlərinin Unikal.org-a verdiyi məlumata görə, yanğın Xutor qəsəbəsində baş verib. Belə ki, nəzarətsiz qalan və tullantıların atıldığı zibillik birdən alışmağa başlayıb və yanğının ərazisi genişlənib.
Hadisə yerinə yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb edilib.
Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğının başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.