Xəzərdə 3 gün əvvəl batan şəxsin meyiti tapılıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 30-da Abşeron rayonu, Goradil kəndində dənizdə batdığı ehtimal olunan, 1995-ci il təvəllüdlü Teymurov Müşfiq Teymur oğlunun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.