Astarada iki avtomaşın toqquşub, bir nəfər ağır xəsarət alıb.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə Astara rayonu ərazisində qeydə alınıb.

Belə ki, Mercedesmarkalı avtomobillə "VAZ 21099 markalı avtomaşın toqquşub.

Nəticədə Şahağacı kənd sakini, 1980-cı il təvəllüdlü Peyman Səmədov ağır xəsarət alaraq Lənkəran rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.