Şəki rayonu, Birinci Biləcik kəndi ərazisində Meşə Təsərrüfatı fonduna məxsus meşəətrafı ərazidə 18 ha kol-kos və quru ot yanıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Yanğın saat 20:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

xxxx


Şəki rayonunda yanğın hadisəsi baş verib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadın verdiyi məlumata görə, ilkin məlumata əsasən, Şəki rayonu, Biləcik kəndində meşə zolağında kol-kos və quru ot yanır.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və texnikası cəlb edilib. Yanğının söndürülməsi istiqamətində işlər görülür. Əlavə məlumat veriləcək.