Sabunçu qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, iyulun 29-da saat 23 radələrində Sabunçu qəsəbəsinin ərazisində Bakı şəhər sakini Aqşin Əliyev idarə etdiyi "Jeep markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vuraraq onu eyni istiqamətdə hərəkətdə olan paytaxt sakini Arif Qurbanovun idarə etdiyi "Nissan markalı avtomobilin altına atıb.

Nəticədə həmin şəxs hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.