Bakının Sabunçu rayonunda piyadanın faciəvi ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, aeroport yolunda təxminən 50 yaşlı kişini "Mercedes" markalı maşın vuraraq üzərindən keçib. Onun arxası ilə hərəkətdə olan digər nəqliyyat vasitəsi də piyadanın üstündən keçib.

Kişi hadisə yerində ölüb. Meyit tanınmaz hala düşdüyündən onun şəxsiyyətini müəyyən etmək, hələlik mümkün olmayıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində istintaq aparılır.