Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisindən keçən hissəsində 10 maşının iştirakı ilə baş vermiş yol qəzası zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

Unikal.org "Report"a istinadən bildirir ki, qəza nəticəsində "99-GB-821" dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü, 30 yaşlı Məmmədov Ruslan Firuz oğlu və "99-GV-549" dövlət qeydiyyat nişanlı "Opel"in sürücüsü Zeynalov Zeynal, onun həyat yoldaşı Abdullayeva Könül və 5 yaşlı qızı Zeynalova Nuranə müxtəlif bədən xəsarətləri alaraq Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

Qəza yüksək sürətlə hərəkətdə olan "Shacman" markalı yük maşınının prospektdə yerləşən tuneldə 1 yük maşını və 8 minik avtomobili ilə toqquşması nəticəsində baş verib.

Ziya Bünyadov prospektində maşınların hərəkəti bərpa edilib.

00:12

Bakıda 11 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, paytaxtın Ziya Bünyadov prospektində "Shacman markalı yük avtomobili digər yük maşınını və 9 minik avtomobilini əzib. İlkin məlumata görə, qəza nəticəsində xəsarət alanlar var.

Xəsarət alanların sayı və qəzanın təfərrüatları müəyyənləşdirilir.

Hazırda Ziya Bünyadov prospektinin əsas yolunda hərəkət dayandırılıb. Hərəkətin nizamlanması istiqamətində tədbirlər görülür.

Qəzanın səbəbləri araşdırılır.