Tovuz Dövlət Sosial-İqtisadi Kollecində tədris prosesinin təşkili ilə bağlı yoxlamalar aparılıb.

"Unikal" xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

"Yoxlamanın nəticəsi olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 06.05.2024-cü il tarixli əmri ilə tədris işləri üzrə direktor müavini Nuranə Ələkbərova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Orta ixtisas təhsil müəssisələrində kadr potensialı və tədris prosesinin təkmilləşdirilməsi istiqamətində işlər davam edir", - deyə bildirilib.