Ələt-Astara yolunda nəqliyyat qəzası verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunun Cəlilabad rayonunun Alar kəndindən keçən hissəsində yaşanıb.

"Mercedes" markalı iki avtomobil toqquşub. Həmin avtomobillərdən biri yanacaqdoldurma məntəqəsinin binasına çırpıb. Binada dağıntı baş verib.

Hadisə nəticəsində iki nəfər ağır yaralanıb. Onlar 30 yaşlı İbrahim Həsənov və 28 yaşlı Ənvər Əkbərovdur.