Azərbaycandan Türkiyəyə istirahətə gedən turistlərin sayı açıqlanıb.

Unikal.org xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin açıqlamasına görə, bu ilin 5 ayında Azərbaycandan qardaş ölkəyə 243 min 421 adam istirahətə gedib. 

Ümumilikdə 2017-ci ilin ilk 5 ayında (yanvar-may) Türkiyəyə Rusiya, Almaniya, İraq, Azərbaycan və digər 100-dən çox ölkə daxil olmaqla 8 milyon 762 min 509 xarici ziyarətə gəlib. 

5 ayda gələn ziyarətçi sayı 2016ın eyni dövrü ilə müqayisədə 5,55 faiz artıb.