Masallıda motosikletlə "VAZ markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Unikal.org bildirir ki, APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Həsənli kəndində qeydə alınıb.

Belə ki, "motosikletlə VAZ 2107-nin toqquşması nəticəsində minik avtomobili idarəetməni itirərək kanala düşüb.

Nəticədə motosikletdə olan 3 nəfər - sürücü, Məmmədxanlı kənd sakini 42 yaşlı Fərahim Salayev, Stansiya kənd sakini, 29 yaşlı Röyal Talıbov və Həsənli kənd sakini 30 yaşlı Yalçın Məmmədov, eləcə də "VAZın sürücüsü müxtəlif bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Fakt bağlı araşdırma aparılır.