Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

FHN-dən unikal.org-a verilən məlumata görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonu ərazisində "Vaz" markalı minik avtomobilinin "Shacman" markalı yük avtomobiliylə toqquşması nəticəsində yol-nəqliyyat qəzasınin baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Muğan Reqional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarmış və aidiyyatı üzrə təhvil veriblər. 

Əməliyyat saat 03:12-də başa çatmışdır.