Astara sakini narkotik vasitənin təsirindən ölüb.

Unikal.org report-a istinadən xəbər verir ki, hələlik şəxsiyyəti məlum olmayan gəncin avtoyuma məntəqəsində işlədiyi bildirilir.

Gənc oğlanın cəsədi iş yerinin yaxınlığında aşkar olunub. Meyit Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

İlkin olaraq ölümün səbəbi ürək tutması kimi qiymətləndirilib.

Fakt Astara Rayon Prokurorluğu tərəfindən araşdırılır.