Daşkəsən rayonunun Xoşbulaq kəndində bədbəxt hadisə baş verib.

Unikal.org-un report-a istinadən məlumatına görə, Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Qurbanov Xalıq Azər oğlu kabab çəkərkən ehtiyatsızlıqdan özünü yandırıb.

Xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti orta-ağırdır.

Dostlarının dediyinə görə, o, kömürü alışdırmaq üçün manqala benzin tökərkən yanacaq onun üzərinə də dağılıb. Nəticədə onu alov bürüyüb.

Faktla bağlı araşdırma aparılır.