Sabirabad sakinini elektrik cərəyanı vurub.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qruzma kəndində qeydə alınıb.

Sabirabad rayonu, Ulucalı kənd sakini, 1984-cü il təvəllüdlü Sadıqov Emin Cəfər oğlunu elektrik dirəyində iş görərkən cərəyan vurub öldürüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.