Xalq artistlərinin qohumu faciəvi şəkildə öldü.

Unikal.org milli.az-a istinadən xəbər verir ki, xalq artistləri Gülyanaq və Gülyaz Məmmədovaların xalası oğlu faciəvi şəkildə dünyasını dəyişib. Belə ki, Şəkidə fəhlə işləyən məşhurun qohumunun üstündən maşın keçib.

Xalq artistləri Milli.Az-a faktı təsdiqləyib:

"Bu hadisədən biz də böyük şok keçirtdik. Valideynlərimizə də xalam oğlunun ölümü pis təsir edib. Allah heç kimin başına bu cür faciə gətirməsin".