Xaçmazda vətəndaşa məxsus ümumi sahəsi 120 kvadratmetr olan ikimərtəbəli evdə yanğın olub.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, 3 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində 1 otağın tavanı 24 kvadratmetr sahədə və içərisində olan ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 15:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.