İyunun 25-də saat 23 radələrində Bərdə şəhəri ərazisində şəhər sakini Vüqar Hüseynov sərxoş halda Tərtər çayının üzərində quraşdırılmış körpüdən ehtiyatsızlıqdan yıxılıb.

Unikal.org DİN-nin saytına istinadən xəbər verir ki, həmin vaxt ərazidə xidmət aparan Rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən V.Hüseynov sudan çıxarılaraq həyatı xilas edilib.