Ötən gecə Qubada baş verən yol qəzasında bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, ötən gecə Quba rayonunun Nərimanabad kəndi ərazisində rayon sakinləri Elgün Hüseynovun idarə etdiyi "Opel" və Seyhun İsayevin idarə etdiyi "VAZ-21074" markalı avtomobillər toqquşduqdan sonra hər iki nəqliyyat vasitəsi yolun kənarında dayanmış "Volksvagen" və "Mitsubishi" markalı avtomobillərə dəyib.

Nəticədə E.Hüseynov hadisə yerində ölüb, S.İsayev isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.