Ermənilərin Ağdamın Orta Qərvənd kəndini atəşə tutması nəticəsində yanğın baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, düşmən atəşi nəticəsində kənd sakini Vilayət Həsənova məxsus tikili və tikilinin içərisinə yığılmış 450 ədəd ot bağlaması yanıb.

Həyata keçirilən tədbirlər nəticəsində yanğının digər tikililərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.