Yuxarı Şirvan kanalında naməlum kişi meyiti tapılıb.

Unikal.org report-a istinadən xəbər verir ki, naməlum şəxsin cəsədi kanalın Göyçay rayonundan keçən hissəsində, Alxansaba ərazisində, kənd sakinləri tərəfindən aşkarlanıb.

Sakinlər cəsədi saat 20:30 radələrində aşkarladıqlarını bildiriblər. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.