Gədəbəy sakini xəsarətlə xəstəxanaya yerləşdirilib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, rayonun Nağılar kənd sakini 1965-i il təvəllüdlü Ələkbərov Firudin Həbib oğlu qarının kəsilmiş-deşilmiş yarası ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

F. Ələkbərov əməliyyat olunub, vəziyyəti orta-ağırdır. O, Gədəbəy rayonunda qayalıqdan yıxılaraq xəsarət aldığını bildirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.