Rusiyanın Kalmıkiya Respublikasında aşan mikroavtobusun sürücüsü tibbi müayinədən keçirilib, onun qanında alkoqol müəyyən edilməyib.

Unikal.org-un məlumatına görə, bu barədə RİA Novosti agentliyinə Kalmıkiya DİN nümayəndəsi bildirib.

Onun sözlərinə görə, qəzaya səbəb sürücünün sükan arxasında yuxulaması olub. DİN rəsmisi həmçinin bildirib ki, hazırda bir qadın həkimlərin nəzarətindədir. Digər sərnişinlərin yüngül xəsarət aldıqları, hospitalizasiyadan imtina etdikləri bildirilir.

Xatırladaq ki, bu gün Rusiyada içərisində Azərbaycan vətəndaşlarınınolduğu mikroavtobus qəzaya uğrayıb. Nijnı Novqoroddan Bakıya gələn mikroavtobus Kalmıkiyanın Çernozemelski rayonunda aşıb. Qəza zamanı mikroavtobusda 9 uşaq olmaqla 17 nəfər olub.

xxx

Rusiyada içərisində azərbaycanlıların da olduğu avtobus qəzaya uğrayıb.

Unikal.org RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, Nijnı Novqoroddan Bakıya gələn avtobus Kalmıkiyanın Çernozemelski rayonunda aşıb.

Hadisə nəticəsində 7-si uşaq olmaqla, 10 Azərbaycan vətəndaşı xəsarət alıb.

Avtobusda 10-dan çox Azərbaycan vətəndaşının olduğu bildirilir.

Qəzanın baş vermə şəraiti araşdırılır.