Müğənni Təranə Qumral "Maşın şounu ötən gün tərk edən aktyor Sərxan Kərəmoğlunun ünvanına tənqidlər səsləndirib.

Unikal.org xəbər verir ki, sənətçi ad çəkmədən bildirib ki, avtomobili qazanmağa ona heç vaxt imkan verməyəcəkdi:

"Bəzilrinin sevinci ürəyində yarımçıq qaldı. Mən bu sevinci sənə yaşadaram "kuklam? Ay yazıq, özün-özünlə oynamağa öyrəşmisən. Çürük qələbələrinə özündən başqa heç kimi inandıra bilmirsən. Bu dünyaya bir gün gələn bir gün də getməlidir. Bura "Maşın şoudur.

T.Qumral şoudan "getsinə daha çox səs toplamışdı. İfaçıya küsülü olduğu həmkarı Nazəninin belə səs verdiyi yayılıb. Təranə bu məsələyə də aydınlıq gətirib:

"O ki qaldı guya kimlərsə məndən qisasını aldı... Amma mən belə deməzdim... Nənəm demişkən, nə tez yadından çıxdı evinin damına bayrağımı sancmağım. Hələ qələbə məndədir. Canın haqqı başına sancdığım bayraqla da qəbr evinə gedəcəksən. Sənin elə o başın haqqı... Mənim "Kirpi jurnalıma abunə olmaq istəyənlər buyursun.

Qeyd edək ki, ötən gün müğənni Nadir Qafarzadə səs topladığı təqdirdə "Maşın" şoudan Sərxan Kərəmoğlunu uzaqlaşdıracağını bildirib. S.Kərəmoğlu özü əlini çəkərək oyundan gedib. Sonda N.Qafarzadə də səs toplaya bilməyib və yarışmadan uzaqlaşıb.axşam.az