Məşhur cütlük Fahriye ilə Burakın toyunda Neslihan və Kadir Doğulu getməyəcək.

Unikal.org Türkyə mətbuatına istinadən xəbər verir ki, 2017-ci ilə damğa vuracağı düşünülən Fahriye Evcen-Burak Özçivit cütünün toyuna, Özçivitin rol yoldaşı Neslihan Atagül ilə həyat yoldaşı Kadir Doğulu iştirak etməyəcək.

Cütünün toyuna çox sayda məşhur insanların qatılacağı, Özçivit'in 3 mövsümdür davam edən 'Kara Sevda' serialında baş rol oynadığı Neslihan Atagülün qatılmayacağı deyilir. Səbəb isə Kadir Doğulunun qısqanclığı olub.

Qeyd edək ki, keçən il Burak Özçivit ilə Fahriye Evcen cütlükləri, Neslihan Atagül ilə Kadir Doğulunun toyunda iştirak etməmişdilər. Səbəb olaraq da o həmin vaxt xaricdə olmalarını göstərmişdilər.