Türkiyənin tanınmış din xadimi kimi özünü təqdim edən Adnan Oktar Ramazan ayı ərəfəsində 10 kediciyinə iftar süfrəsi açıb.

Unikal.org xəbər verir ki, Türkiyəli ilahiyyatçı və A9 telekanalının rəhbəri Adnan Oktar "kedicik"ləri ilə birlikdə iftar süfrəsinə oturub və orada çəkilən fotoları sosial şəbəkələrdə paylaşılıb. Adnan Oktar və onun kedicikləri yenə mətbuatın diqqətini öz üzərinə çəkə bilib.

Adan Oktar iftar süfrəsini dəniz kənarında yerləşəngüllü-çiçəkli villasında açıb.