Lider TV-də yayımlanan "Solo verilişinin yayımının dayandırılması barədə xəbər yayılıb. 

Unikal.org xəbər verir ki, qafqazinfo-ya daxil olan məlumata görə, buna səbəb kimi proqramın aparıcısı Murad Arifin "Maşın şou barədə sosial şəbəkədə müsbət fikirli post paylaşması göstərilir.

Teleaparıcı iki iyun tarixində yazdığı statusunda verilişinin gözəl düşünülmüş bir oyun olduğunu qeyd edib:

"Maşıno qədər gözəl düşünülmüş bir oyundur ki, şəxsən o maşının qalibi olaraq heç bir məsləhət verə bilmirsən... Əvvəldən də heç bilmək olmur ki, şouda kim özünü daha səmimi göstərər! Gözləmədiyin insan favoritin ola bilir... Etiraf edim ki, bu dəfə "kokteyl" daha da tünd, şou daha da maraqlıdır. Murad və M-group, Bravo.

Bu paylaşımdan sonra Lider TV və ATV-də yayımlanan şounun yaradıcısı Murad Dadaşov arasındakı gərginlik M. Arifdən yan keçməyib. Kanal rəhbərliyinin "MG prodakşını tərifləyən Muradın verilişini bağlaması barədə qərar verib. Hətta, proqramın təkrarına belə efir qadağası qoyulduğu deyilir.

"Qafqazinfo iddialara cavab almaq üçün Murad Ariflə əlaqə saxlayıb. Sənətçi "Solo"nun birdəfəlik bağlandığını söyləyib:

"Sayənizdə bu xəbəri eşitdim. Söhbət Murad Arifin uzaqlaşdırılmasından yox, sırf verilişin bağlanılmasından gedir. Bəli! "Solo verilişi yeni mövsümdə efirdə olmayacaq. Rəsmən, bunun M-qrupla qətiyyən əlaqəsi yoxdur. Mənə gəlincə, verilişimin son anonsunda, son postumda "Həvəs olsa, görüşərik" yazmağım təsadüf deyildi... 15 ildir ki, tele-radio jurnalistikadayam.

Müəyyən şeylər öz məntiqi sonluğuna çatarkən, bir peşəkar olaraq bunu hiss edirsən. Lider TV-də 10 il, "Solo verilişində 8 il çalışdım.

Münasibətlər əladan da yüksəkdir. Lider sayəsində çox şey əldə etdim, peşəkar olaraq gündəmdə qaldım, həyatımın çətin mərhələlərini ötürə bildim. İndi isə həm fərdi ,həm də ictimai anlamda reallaşmış hiss edirəm özümü. Sadəcə, o veriliş həm mənə görə, həm də belə başa düşürəm ki, kanal üçün də tükənib.

Bu 15 il ərzində təkliflər hər zaman olub və var. Çalışdığım məkana sədaqət hissim və stabillik sevgim, yeniliklərdən çəkindirirdi. İndi isə, arzulanan azadlığıma qovuşmuş sayılıram. Ramazan ayı ilə əlaqədar olaraq yanvardan İsveç səfərimi planladım. Hər hansı bir kanalda, yeni verilişlə görünəcəyəmmi? Həvəsim olsa, mütləq. Sırf "Liderdən yeni proqram təklifi gəlsə, xüsusi məmnuniyyətlə aparacağam. Hələ ki, mövsüm bağlanıb deyə, yalnız irəlidə istirahət var.

Lider TV-nin direktor müavini Lamiyə Ələkbərova isə Muradan fərqli olaraq "Solonun mövsümə çıxdığını deyib:

"Veriliş mövsüm tətilinə çıxıbdır. Bunun heç bir şeylə əlaqəsi yoxdur. Necə ki, başqa verilişlər də istirahətə yollanıb. Heç bir problemimiz yoxdur