Ağciyər xərçəngi diaqnozu qoyulan və ABŞ-ın Nyu-York şəhərində əməliyyat olunan "Yeşilçam ulduzu Hülya Koçiyit çətin günlərini geridə qoyur.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa 49 illik həyat yoldaşı Selim Soydanın dəstəyi ilə ayağa qalxdığını deyib:

"Səlim bu çətin günlərdə həmişə gözlərimin içinə baxdı, əllərimi tutdu. Onun nəfəsini belə hiss etmək mənə yaxşı gəldi. İnanıram ki, sevgi də dərmanlar qədər önəmlidir.

S.Soydan isə cavabında bunları deyib:

"Hülyanın əlini tutub onun istiliyini hiss etdiyim an dünya mənim olur. Hülya mənim bir dənəmdir. Baş-başa bu xəstəliyin öhdəsindən gələcəyik.