"APA TV-nin "Show time verilişində qonaq olan Əməkdar artist Ruhəngiz Musəvi şəxsi həyatından danışıb.

Unikal.org xəbər verir ki, ifaçı  illər öncə boşandığını və hazırda həyatında sevdiyi bir şəxsin olmadığını söyləyib:

"Anlar olub ki, qadın kimi xoşbəxtliyimi yaşamışam. Amma indi mənim sevgim sənətimdi. İki dəfə ailə qurdum, boşandım. İndi sevdiyim bir şəxs yoxdur. Amma məni sevənlər var. Evlilik təklifləri də olur. Amma mən yenidən ailə qurmaq istəmirəm.

İdmançı Çingiz Eyvazovla ailə həyatı quran müğənni bildirib ki, həyat yoldaşı ondan ayrılandan sonra müğənni Sevda Əliqızı ilə ailə qurub: 

"Məndən ayrılandan sonra Sevda ilə evləndi. İndi mənim Sevda ilə münasibətim də yaxşıdır. Buna bəziləri təəccüblənir ki, bu, necə ola bilər? Buna görə məni qınayanlar da çox oldu. Amma illər sonra Sevdadan da ayrıldı, indi başqa bir ailəsi var.

Qeyd edək ki, Ç.Eyvazov bu günə qədər 4 xanımla ailə qurub. R.Musəvi onun 1-ci, S.Əliqızı isə 3-cü xanımı olub.