Aktrisa Pərvin Abıyeva sosial şəbəkələrdə yayılan videosuna münasibət bildirib.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, aktrisa sözügedən videonun qışda Şəkidə çəkildiyini bildirib.

"Bu video "Xənnas" filminin çəkilişləri baş tutan zaman çəkilib. Oynadığım oğlan rejissorumuz Elvin Abdullayevdir. Çəkilişlər gecədən səhəri kimi olduğundan yatmamaq üçün belə əylənirdik ki, yuxumuz qaçsın. Orda gördüyünüz xanımlar qrim ustası ve rejisorun asistentidir. Bu otaq da çəkiliş heyətinin istirahət etdiyi məkandır. Video çəkilişdən öncə çəkilib. Yəni, işıqların qurulub, səhnənin hazır olmasını gözlədiyimiz zaman", - deyə aktrisa qeyd edib.