Xəbər verdiyimiz kimi, ötən gün müğənni Səidə Sultan "Maşın" realiti-şousunda səs verməyə çıxıb.

Unikal.org xəbər verir ki, ifaçı səs toplamayaraq verilişi tərk edib.

Sənətçi şouda bugünə kimi olan iştirakı il bağlı bu sözləri deyib:

"Düzünü desəm, dünən heç gözləmirdim səs vermədə mən olam. Mən də orda bəziləri kimi xəbardarlıq edə bilmədim ki, hazır olun. Bu bir mübarizədir. Mən oyunumu oynayıb qalib olmuşam və Murad Dadaşov sayəsində çox şeyi qazandım! İtirmədim ki qazandım! Oyunumu da təmiz, dürüst oynadım. Çıxmağım ən məsləhətlisi idir. Bir azda qalsaydım, onu dəqiq bilirəm ki, dəli olardım. Hamıya şamil olunmur, amma mən orada dürüst insan tapa bilmədim! Hamı biri-birindən xoflu gəzir. Bəzi kişilərdən elə bil, mən kişi idim. Mənimlə başa-baş gedirdilər. Mən insanlardan o sevgini qazandım. Orada olan bəziləri görüm nə qazanacaqlar? Kiminsə sayəsində yox a, öz sayəsində... Mən maşını qazanmadım, əvəzinə sevgi qazandım. Çox şükür Allaha. Məni aktrisa görən Aqil M. Quliyev. Mənə sətiraltı söz deyir guya... Get, öz yaşayışın olan dələduzluqdan danış! Camaat çörəyi qulağına yemir!"(big.az)