Aprıcısı Murad Dadaşov olduğu "Maşın" şounun daha bir buraxılışı geridə qalıb.

Unikal.org-un məlumatına görə, iştirakçılar bu dəfə bir-birilərinin fotolarını atıblar. Odur ki, qaydalara əsasən, gün ərzində ünvanına ən az səs gələn müğənni Səidə Sultan səsverməyə çıxıb.

Səidə səs topladığı təqdirdə ya rejissor Aqil M.Quliyevi, ya da aktyor Elcan Rəsulovu oyundan uzaqlaşdıracağını bildirib.

E.Rəsulov isə ifaçının hədəfi özü olduğunu söyləyib və tamaşaçılardan Səidəyə "getsin"ə səs verməyi xahiş edib.

Şounun sonuna az qalmış isə müğənni Elcanı deyil, Aqili oyundan kənarlaşdıracağını söyləyib.

Aqil Səidəyə "Çox gözəl aktrisadır. Özü də öz emosiyalarına inanır" deyərək sənətçinin getməsinə səs istəyib.

Veriliş boyu tərəflər arasında qarşıdurma yaşanıb.

Sonda S.Sultan 21,07 faiz səs yığaraq oyundan özü gedib.