Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "Standard Insurance ASC-ni nəzarətə götürüb.

Unikal.org xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.

Onun sözlərinə görə, şirkətin səhmdarına kapitallaşma ilə bağlı məsələni həll etmək, eləcə də yeni inkişaf strategiyası təqdim etmək tapşırılıb: "Bunun üçün şirkətin səhmdarının 1 ay vaxtı var. Əks təqdirdə deyə bilərəm ki, heç bir maliyyə qurumunun lisenziyası daimi deyil.