Rusiya əsilli məşhur amerikalı aktyor və kinorejissor Oleq Vidov 73 yaşında vəfat edib.

Unikal.org "RİA Novostiyə istinadən verdiyi məlumata görə, aktyor bu gün Kaliforniyada onkoloji xəstəlikdən dünyasını dəyişib.

Oleq Vidov 1943-cü il iyunun 11-də Moskvada anadan olub. O, "Çovğun, "Başsız atlı, "Adi möcüzə, "Moskva, sevgim mənim, "Uğur centlmenləri və başqa filmlərdə müxtəlif dərəcəli rollar yaradıb.