"Yeşilcam"ın aktyoru Cüneyt Arkın Analar günündə 50 illik həyat yoldaşı Betül Arkınla bir restoranda yemək yeyiblər.

Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, gecədə cütlüyün uşaqları və yaxın dostları da iştirak edib.

C.Arkın yeməkdən öncə kiçik nitq söyləyib: "İki il xəstə yatdım, həyat yoldaşım yanımdan ayrılmadı. Bütün anaları hörmətlə yad edirəm. Onların əllərini, ayaqlarını öpürəm".