Bu yaxınlarda iki yeni musiqimi fanatlarıma təqdim edəcəyəm.

Unikal.org azertag-a istinadən xəbər verir ki, bu sözləri Bakı Şopinq Festivalında iştirak etmək üçün ölkəmizə təşrif buyuran, "rəqs edən milyonçu ləqəbi ilə məşhurlaşmış dj Cankula Vakki jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, həyatda hər şeyə professional yanaşmağa çalışır. C.Vakki deyib: "Mən dj olmaq qərarını verəndə 45 yaşım var idi. Mən bu işə elə başladım, sanki 20 il öncə başlamışam. Artıq iki həyata sahibəm. Bu mənim istədiyim həyatdır. İş adamı idim, indi isə şou insanı olmuşam. Bu, mənim xəyalım idi.

C.Vakki rəqsləri özü hazırladığını, xareoqrafdan kömək almadığını əlavə edib. O deyib: "Rəqslərim hamısı sponton hazırlanır. Heç bir peşəkar hazırlıq görmürük. Sadəcə bunun üçün zövq və ehtiras lazımdır. O zaman hər şey professionallıqla olur.

C.Vakki bildirib ki, biznesi qida sənayesi üçün qablaşdırma məhsulları hazırlamaqdan ibarətdir. O söyləyib ki, hər hansı bir Azərbaycan musiqisi onun qəlbinə yol tapsa, həmin musiqinin sədaları altında rəqs edəcək: "Bu, bədahətən olacaq, mən söz verə bilmərəm. Bəlkə sabah İtaliyaya qayıtdım, bəlkə də burada qaldım. Mən incəsənət insanıyam, hisslərimlə hərəkət edirəm.