Apa Tv-nin "Show time verilişində qonaq olan Xalq artisti Səməd Səmədov özünə min dollara pişik aldığını deyib.

Unikal.org -un məlumatına görə,sənətçi pişiyi Moskvadan aldığını bildirib.

"İt ilindənəm. Heyvanları sevirəm. İndi onlara bağban qulluq edir. İtlərim məni qocalmağa qoymur. Onlarla dəniz kənarında qaçır, tərləyirəm.

S.Səmədov Rusiyada yaşayan oğlundan danışıb:

"Oğlum bizneslə məşğuldur. Üç qız övladı var. Dördüncü qızı yoldadır, yaxın günlərdə doğulacaq.