Belçikanın paytaxtı Brüsseldə PKK əleyhinə etiraz aksiyası keçirilib.

Unikal.org-un Türkiyə mətbuatına istinadən xəbər verir ki, türk əsilli etirazçılar PKK və İŞİD əleyhinə şüarlar səsləndirib, terroru lənətləyiblər.

"Terrora lənət, demokratiyaya dəvət adı altında keçirilən aksiyaya iki minədək etirazçı qatılıb.

Aksiya iştirakçıları Avropa ölkələrini terrora dəstək verməkdə suçlayaraq onları bu yoldan geri dönməyə səsləyiblər.