Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov banklarda konsalidasiya prosesinin yekunlaşması ilə bağlı mətbuatda yayılan məlumatlara aydlınq gətirib.
Unikal.org AzVision.az-a istinadən xəbər verir ki, baş bankir mətbuata konsalidasiya prosesinin başa çatması haqda açıqlama vermədiyini deyib.
"Bu, yalnış fikirdir. Konsalidasiya prosesinin başa çatması üçün qərar olmalıdır".
E.Rüstəmov qeyd edib ki, bunun üçün kafisientlərin toplantısı keçirilir və qərar qıbul olunur. Yalnız bundan sonra konsalidasiya başa çatır. 
"Mənim fikrim bu idi ki, üç bank konsalidasiya prosesindədir. Onlar iki protokol imzalayıblar. Protokol imzalanandan sonra bəzi addımlar atılacaq. Bu proses zamanı bankların dəyərləri hesablanmalıdır. Təbii ki, bu vaxt alan prosesdir. Banklar bu prosesə gedirlər"-deyə E.Rüstəmov bildirib.
MB rəhbəri "Atrabank" və Asiya İnkişaf Bankının şikayətləri haqda "Biz də öz hüquqlarımızı və qəbul etdiyimiz qərarı məhkəmədə müdafiə edəcəyik"-deyə fikir bildirib.