2016-cı ilin I yarısında xarici ölkə vətəndaşları Azərbaycanda müxtəlif xidmətlərə görə 2 milyard dollar xərcləyiblər.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının tədiyyə balansına istinadən məlumat verir.

Bununla belə, Azərbaycan vətəndaşları xaricdə 3,7 milyard dollar xərcləyiblər.

Tədiyyə balansına əsasən, qarşılıqlı xidmətlərin dövriyyəsi 5,7 milyar dollar təşkil edib, bunun 16,7 faizi (952 milyon dollar) nəqliyyat xidmətlərinin payına düşüb.

542 milyon dollar əcnəbilərin Azərbaycanda nəqliyyat xərcləri, 410 milyon dolları isə digər ölkələrdəki Azərbaycan rezidentlərinin xərcləri təşkil edib.