Son açıqlamalar və inkişaf etməkdə olan ölkələrin pul vahidlərinin dəyər itirməsi dolların bahalaşmasına səbəb olub.

Unikal.org BAKU.WS-ə istinadən xəbər verir ki, Avropa Mərkəzi Bankının (AMB) qərarları və qurumun sədri Mariyo Draginin şərhlərindən sonra dollar yüksəlməyə başlayıb.

Avropanın vahid valyutası dollar qarşısında 0,21% dəyər itirərək 1,1235 EURO/USD-yə bərabər olub.

ABŞ milli valyutası Yapon yeni qarşısında da bahalaşıb. Belə ki, dollar yenə nisbətdə 0,23% möhkəmlənərək 102,72-yə (USD/JPY) yüksəlib.

Azərbaycan milli valyutası isə son olaraq dollara nisbətdə möhkəmlənib. Hazırda 1 dollar 1,6390 AZN-ə bərabərdir.