Dünəndən Azərbaycanda siqaretlərin qiyməti ucuzlaşması ilə bağlı yayılan məlumatlar yalan çıxdı.

Unikal.org-un əməkdaşı şəhərin bir sıra mağazalarında siqaretin yeni qiyməti ilə maraqlanıb.

Məlum olub ki, sentyabrın 10-dan siqaretin yeni qiymətə satılması ilə bağlı yayılan məlumatlar yalandır.

Binəqədi rayonunda mağazaların birinin sahibi əməkdaşımıza bunları deyib:

"Biz özümüzdə qiymətin ucuzlaşması ilə bağlı məlumatı radiodan eşitmişik. Amma nədənsə bizə siqaret təqdim edən şirkətlər əvvəlki qiymətdə siqaretlərin satışını davam etdirilməmizi tələb edirlər. Bizə hər hansı göstəriş gəlməyib ki, qiyməti aşağı qiymətə sataq. Çox güman ki, bayramdan sonra qiymətlərin aşağı salınması barədə bizə deyiləcək.

Digər mağaza sahibləri də əməkdaşımıza eyni fkirləri bildiriblər.

Belə çıxır ki, siqaret şirkətləri Azərbaycanda bayram günlərindən istifadə edərək insanların ciblərinə girir və qəpiklərlə milyonlar qazanırlar.

Hələlik isə qiymət ucuzlaşması xəbəri insanları aldatmaqdan başqa bir şey deyil.

Winchester (compact) -1.70 AZN, Winchester (qalın qutu) - 1.50 AZN, West (qalın qutu) 1.70 AZN,
West (compact) - 2 AZN, More - 1.40 AZN, Viceroy (compact) -1.70 AZN və digər markalı siqaretlərdə yeni qiymətlərlə satılır.

Qeyd edək ki, sentyabrın 10-dan siqaretlərin satış qiymətlərində təqribən 10-20% ucuzlaşdırılacağı gözlənilir. Siqaretlərin yeni və əvvəlki qiymətlərini əks etdirən siyahını təqdim edir.

- LD (nazik qutu) - Yeni qiymət - 2.60 (hazırki satış qiyməti 2.80 AZN)
- LD (qalınqutu) - 2.30 (2.50 AZN)
- LD (göy qutu) - 1.90 (2.00AZN)
- LD (ağ qutu) - 1.60 (1.80 AZN)
- Winchester (compact) - 1.50 (1.70 AZN)
- Winchester (qalın qutu) - 1.30 (1.50 AZN)
- Winston - 3 AZN (3 AZN)
- West (qalın qutu) - 1.50 (1.70 AZN)
- West (compact) - 1.80 (2 AZN)
- West (nazik qutu) - 2.60 (2.90 AZN)
- Sobranie - 3.30 (3.60 AZN)
- More - 1.20 (1.40 AZN)
- Yava - 1.20 (1.40 AZN)
- Viceroy (compact) - 1.50 (1.70 AZN)
- Viceroy (nazik qutu) - 2.30 (2.50 AZN)
- Rothmans (compact) - 2.30 (2.50 AZN)
- Rothmans (nazik qutu) - 2.60 (2.80 AZN)
- Classic (compact) - 1.50 (1.70 AZN)
- Classic (uzun) - 1.60 (1.80 AZN)
- Classic (qalın qutu) - 1.40 1.60 AZN (1.40 AZN)
- Prima - 1.20 (1.40 AZN)
- P&S - 2.30 (2.50 AZN).