"Azərsun holdinq də ərzaq məhsullarının qiymətini artırdı.

Unikal.org-un əməkdaşının verdiyi məlumata görə, şrkət artıq şəkər tozunun, yağların, "Bizim Tarla mürəbbələrinin qiymətini 15-20 faiz qaldırıb.

Hazırda supermarketlərin vitrinlərində qiymətlərə dəyişiklik edilib. Mağazaların rəhbərlikləri bunu "Azərsunun qərarı ilə izah edir.

Ölkə bazarında kifayət qədər yer tutan və yerli məhsula olan tələbatın böyük hissəsini təmin edən "Azərsun Holdinq mediyaya heç bir xəbərdarlıq etmədən qiymət artımına gedib.

Məsələn, çəkisi 800 qramlıq şəkər tozu 1.10 qəpiyə satılırdısa, artıq mağazaların vitrinlərində 1 manat 30 qəpiyə qoyulub.

"Bizim Tarla markası altında istehsal edilən mürəbbələrin 250 qramlığı 1.50 qəpiyə satılırdısa, hazırda 2 manata qaldırılıb.

İki litirlik yağ-bitki-Золотое Солнышко yağlarını 5 manat 90 qəpikdən, 7 manata qaldırıb.

Son günlər Azərbaycanda dollar bahalaşması müşahidə edildiyindən digər şirkətlər kimi "Azərsun holdinq də qiymət artımına getdi. Şirkətin digər məhsullarının da bahalaşdıracağını istisna edilmir.