Bu gün Vergilər Nazirliyində keçirilən "Vergi mədəniyyətinin formalaşmasında medianın rolu mövzusund Dəyirmi Masa keçirilib.

Unikal org xəbər verir ki, Dəyirmi Masada müzakirə olunan məsələlər zamanı dövlət başçısının 4 avqust tarixli "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Sərəncamında nəzərdə tutulmuş könüllü vergi açıqlaması haqqında məlumat verilib. Lakin bu zaman könüllü vergi açıqlaması yanlış olaraq bəzi media nümayəndələri tərəfindən vergi amnistisiyası kimi şərh edilib.

Nəzərinizə çatdırırıq ki, söhbət yalnız könüllü vergi açıqlamasından gedir və bu layihə yalnız Milli Məclis tərəfindən təsdiq edilərək qanuni hüquqi qüvvəyə minəcəyi halda, həyata keçirilməsi nəzərdə tutulan islahatlardan biridir.

Könüllü vergi açıqlaması vergi orqanı tərəfindən keçirilən vergi yoxlaması zamanı aşkar olunmamış səhvlərin, o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, azaldılması və s-nin vergi yoxlaması bitdikdən sonra vergi ödəyicisi tərəfindən könüllü olaraq bəyan edilməsini nəzərdə tutur. Bu isə vergi ödəyicisinə dəqiqləşmiş bəyannamə verilməsi hüququnu verir ki, həmin bəyannamə ilə könüllü açıqlanmış vergi məbləğlərinə görə vergi ödəyicisinə faizlərin hesablanması və ya maliyyə sanksiyasının tətbiqini istisna edə bilər.