2017-ci il yanvarın 1-dən Azərbaycanda vergi amnistiyasının (gəlirlərin könüllü açıqlanması) tətbiqinə başlanılacaq.

Unikal.org bildirir ki, bunu Trend-ə Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin Vergi Siyasəti İdarəsinin rəisi Nicat İmanov deyib.

Onun sözlərinə görə, amnistiya gəlirlərini könüllü qaydada açıqlamaq və hesablanmış vergiləri ödəmək niyyətində olan vergiödəyicilərin məsuliyyətdən azad edilməsini nəzərdə tutur.

N.İmanov qeyd edib ki, bu gizli gəlirlərin aşkar edilməsi zamanı vergi orqanları tərəfindən 50 faiz həcmində maliyə sanksiyasının və cərimənin (hər günə görə 0,1 faiz) tətbiq edilməsi nəzərdə tutulur.