"Suriyanın İdlib vilayətinin Fua və Kefrayə şəhərlərinin sakinləri qidadan tam məhrum olublar. Aclıqdan 17 uşaq ölüb".

Unikal.org Report-a istinadən xəbər verir ki, bu barədə həmin şəhərlərin yeni xalq şurasının nümayəndəsi xəbər verib.

"Son aylar yemək və su çatışmazlığı hiss olunur. Dərman ümumiyyətlə yoxdur" - deyə hökumət üzvü agentliyə bildirib. 

Məlumatlara görə, həmin şəhərlər hər gün bombardmanlara məruz qalırlar. Sutka ərzində yaşayış məntəqələrinə 1000-dən çox raket və minaatan mərmisi düşür.

İdlib vilayətinin bu şəhərləri 3 ildən çoxdur tam blokadadırlar. Sakinlərə yardımlar yalnız hava yolu ilə çatdırılır.

Mülki vətəndaşlar hətta adi xəstəliklərdən, dərman çatışmazlığından ölürlər. Sakinlər aclıq çəkir.