Dünya bazarında neft ucuzlaşıb.

Unikal.org APA-ya istinadən bildirir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,66 dollar azalaraq 46,98 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,61 dollar ucuzlaşaraq 49,31 dollar olub.