Dünya bazarında neft ucuzlaşıb.

Unikal.org APA-ya istinadən bildirir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,29 dollar azalaraq 46,29 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,41 dollar azalaraq 48,82 dollar olub.