"Rabitəbank ASC "AzeriCard ilə birlikdə müştərilərin rahatlığını təmin etmək məqsədilə onlayn kredit ödəniş xidmətini müştərilərin istifadəsinə verib.

Bankdan unikal.org bildiriblər ki, indi bankın müştəriləri banka gəlmədən onlayn rejimdə kredit ödənişlərini və hesaba mədaxili rahat şəkildə həyata keçirə bilərlər. Bunun üçün bankın rəsmi saytına www.rabitabank.com daxil olaraq hər növ onlayn ödənişləri həyata keçirmək mümkündür.

Kredit ödənişini və hesaba mədaxili "Visa, "Visa Electron, "MasterCard və "Maestro bankın plastik kartları vasitəsilə keçirilir. "Rabitəbankın müştərilərinin təhlükəsizliyi onlayn ödəniş zamanı "3D Secure sistemi tərəfindən qorunur. Bunun üçün  www.azericard.com-dan bu xidmətə qoşulmaq lazımdır.